Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 20:52
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artaraq 21,84 milyard manat təşkil edib.
Sonxeber.net bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 13,6 faiz artaraq 11,05 milyard manat, geniş pul kütləsi 18 faiz artaraq 31,5 milyard manata, sövdələşmələr üçün pul 20,6 faiz artaraq 18,8 milyard manata bərabər olub