Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Tarix: 30 Avqust 2021 12:34

Martın 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Nərimanov Rayon Prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiketlər:  Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır


RƏYLƏR