Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qoyun ətinin faydaları

Qoyun ətinin faydaları

Tarix: 2 Sentyabr 2021 07:51

Qoyun ətindən istifadə etmək istədikdə əsasən onun 18 aya qədər yaşı olan heyvanın ətindən istifadə edilir. Bu yaşa qədər olan heyvanın əti daha dadlı olur və tez bişir.
Yaxşı yemlənmiş, çəkisi artıq, yaşı isə az olan qoyunun əti isə daha dadlı olur. 3 yaşına qədər qoyunun ətindən bişirmək üçün də istifadə edilir. Yaşlı qoyunun ətinin rəngi tünd qırmızı olur və gec bişir. Belə ət həm də yağlı olduğuna görə onun əsasən üyüdülmüşündən müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. 100 qram qoyun ətinin qida dəyəri:
- Zülallar - 16,5 qr
- Yağlar - 15,5 qr
- Su - 67,Ş5 qr
- Kalori - 260-320 kKal.
Qoyun ətinin faydalı xüsusiyyətləri
Qoyun ətinin tərkibində kalium, kalsium, maqnium, yod, fosfor, dəmir, E, B1,B12, PP vitaminləri var. Yeniyetmə və uşaqlar üçün qoyun əti yemək çox faydalıdır. Qoyun ətinin tərkibində olanlar orqanizmin böyüməsinə, inkişaf etməsinə səbəb olur. Qoyun ətinin tərkibində olan ftor dişlərin möhkəmlənməsinə səbəb olur, kariesin əmələ gəlməsinin qarşısını alır. Qoyun ətində xolesterolun miqdarı azdır. Yağsız qoyun əti mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabetin profilaktikasında mühüm rol oynayır. Qoyun əti orqanizmə antisklerotik təsir göstərir və xolesterol mübadiləsini normallaşdırır. Qoyun ətinin tərkibində olan dəmir qan azlığının aradan qalxmasına səbəb olur. Qanaxmalar zamanı qoyun əti yemək itirilmiş dəmirin bərpa olnmasına səbəb olur, orqanizmin yoda olan tələbatını ödəyir. Qoyun ətinin tərkibində olan maqnium, natrium, kalium ürək damar sisteminin sağlamlaşmasına səbəb olur. Qoyun ətində olan əvəzolunmaz amin turşuları orqanizm üçün çox faydalıdır. Statistika qoyun ətindən istifadə edilən ölkələrin insanlarında atereskleroz xəstəliyinin az olduğunu göstərir.
Qoyun ətindən hazırlanmış qidalar mədə turşuluğunun azlığından əziyyət çəkənlər üçün əla qida vasitəsidir. Mədə turşuluğu çox olan adamlara isə qoyun ətindən çox istifadə eləmək olmaz.
Qoyun ətinin zərərli xüsusiyyətləri
Qoyun əti də digər ətlər kimi orqanizmə zərər verə bilir. Ondan həddindən çox istifadə eləmək piylənməyə və skleroza səbəb ola bilir. Yaşlı insanlar qoyun ətindən həddindən çox istifadə etdikdə onlarda artrit əlamətləri meydana çıxır. Qoyun ətinin ən pis xüsusiyyətlərindən biri onun tərkibində orqanizm üçün zərərli olan lipidlərin olmasıdır.  Qaraciyər, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə yağlı qoyun ətindən istifadə etmək məsləhət görülmür. Mədə və onikibarmağın yara xəstəliyindən əziyyət çəkənlərə qızardılmış və qovrulmuş qoyun əti yemək olmaz. Sağlamlığının qeydinə qalmaq istəyənlərə qoyun ətinin yağsız hissəsindən yemək məsləhət görülür.
Milli.Az


Etiketlər:  Qoyun ətinin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ