Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun bu simptomlarını başqa xəstəliklə qarışıq salırlar

Koronavirusun bu simptomlarını başqa xəstəliklə qarışıq salırlar

Tarix: 5 Sentyabr 2021 16:00

Pavlov adına birinci Sankt-Peterburq Tibb Universitetinin infeksionisti Oksana Staneviç son zamanlar koronavirusun qusma, ürəkbulanma, qarın ağrısı və diareya kimi əlamətlərinin artdığını söyləyib.

Bu barədə Sonxeber.net Sputnik-ə istinadən xəbər verir.

"İnsanlar tez-tez bunun COVID deyil, adi bir bağırsaq infeksiyası olduğunu düşündükləri üçün səhv müalicəyə başlayırlar. Bunun qastroenterit olmadığı artıq aydın olduqda, xəstələr qusma və diareya səbəbiylə çoxlu maye və elektrolit itirirlər. Xəstəxanaya çoxlu su itkisi ilə gəlirlər", - deyə infeksionist bildirib.

Bu yaxınlarda "Rospotrebnadzor" METİ-nin klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib ki, koronavirusun yüngül bir forması belə, mərkəzi sinir sisteminə təsir göstərə bilər.

Onun sözlərinə görə, COVID-19 tənəffüs yolları ilə orqanizmə girərsə, iybilmə sinirinə daxil ola bilər və sonra mərkəzi sinir sisteminin hüceyrələrinə çata bilər.

Xəstəliyin ağır hallarında koronavirus oksigen çatışmazlığına da səbəb ola bilər ki, bu da beynin pozulmasına gətirib çıxara bilər.


Etiketlər:  Koronavirusun simptomlarını başqa xəstəliklə qarışıq salırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ