Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 12:36
Azərbaycanda qeyri-neft sektorunda ixracın həcmi artır.
Sonxeber.net bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabında yazıb.
Nazir bildirib ki, bu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. dollardan çox olub.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100-dən artıq ölkəyə məhsul ixrac olunub, 161-dən artıq ölkədən idxal olunub.
2021-ci ilin yanvar-iyun aylarında isə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artıb.