Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 14:28
Sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyevin harada saxlanıldığı məlum olub.
Sonxeber.net-ın lent.az-a istinadla verdiyi məlumata əsasən, kriminal aləmdə "Rufo Gəncinski" kimi tanınan Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, "Rufo Gəncsinki" qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.