Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur layihə “Xəzər TV”də yayımlanacaq

Məşhur layihə “Xəzər TV”də yayımlanacaq

Tarix: 14 Sentyabr 2021 09:40

Böyük Britaniyanın məşhur "Got Talent" layihəsi artıq Azərbaycanda da yayımlanacaq.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  "Xəzər TV" beynəlxalq layihə ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayaraq "Talant - Mərkəzi Asiya"nı ekranlarına gətirib.

Milyonlarla insanın böyük maraqla izlədiyi layihənin ilk buraxılışı 18 sentyabr saat 16:15-də sözügedən kanalda yayımlanacaq.

Layihənin sonrakı mərhələsində isə azərbaycanlı iştirakçıların seçimi nəzərdə tutulub. Azərbaycan üzrə seçimlər "Xəzər TV" vasitəsilə gerçəkləşdiriləcək.

Layihənin seçim mərhələləri Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək.

Qeyd edək ki, Böyük Britaniyanın "Got Talent" layihəsi "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən uğurlu televiziya formatı kimi qeyd olunub. 

Şounun Mərkəzi Asiya qolu "Talant - Mərkəzi Asiya" adlanır.


Etiketlər:  Məşhur layihə Xəzər TVdə yayımlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ