Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu meyvəni yeməklə siz qanınızda olan xolesterindən xilas ola bilərsiniz

Bu meyvəni yeməklə siz qanınızda olan xolesterindən xilas ola bilərsiniz

Tarix: 16 Sentyabr 2021 08:18

Araxisin(yer fındığı) tərkibi çoxlu qidalandırıcı, antioksidant maddələrlə zəngindir. Araxis yemək orqanizmin enerjisini artırır, ürəyin fəaliyyətini gücləndirir. Araxisin tərkibindəki maddələr xərçəng əleyhinə təsir göstərir. Onun qlikemik indeksi çox aşağıdır, bu səbəbdən də qanda şəkərin miqdarını qaldırmayan qidalardan hesab edilir. Hər gün araxis yemək II tip şəkərli diabet xəstəliyinin əmələ gəlmə riskini azaldır.

Araxisdən salatlarda, şirniyyatların bişirilməsində geniş istifadə edilir. Onun qızardılmışından qida əvəzi də istifadə etmək mümkündür.
Araxis güclü iltihab əlyhinə, virus əleyhinə və qocalma əleyhinə təsirə malikdir. Həftədə 5 xörək qaşığı araxis yemək çəkinin artmasına səbəb ola bilir. Araşdırmalar zamanı araxisin qanda triqliseridlərin və xolesterinin miqdarını azaltdığı aşkar edilmişdir. Onun az miqdarda qəbulunun çəki artımına səbəb olmadığı da öz təsdiqini tapıb. Araxis yemək r-kumarin turşusunun miqdarını artırır və bu da araxisin orqanizmdə antioksidant təsirinin göcləndirir.
Araxisin tərkibində flavonid var. Bu maddə beyin qan dövranının yaxşlaşmasına yardım edir, Alsheymer xəstəliyinin əmələ gəlmə riskini azaldır.

Araxisin tərkibi B, E vitaminləri, sink, dəmir, kalsium, kalium, fosfor,maqnium, fol turşusu, xolin, selenlə zəngindir.
Araxis ürək-damar və xərçəng xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Araşdırlamar tez-tez araxis yeyən adamlarda böyrək daşlarının əmələ gəlmə riskinin az olduğunu sübut etmişdir. Onun təkibi zülallarla zəngindir. Onu salatlara bitki yağı əvəzinə qatıb istifadə eləmək olar. Amma həftə ərzində 4 xörək qaşığından çox araxis yemək artıq çəkiyə səbəb olduğu üçün məsləhət görülmür.
Araxisin müalicəvi təsirləri  
Qabığı soyulmamış duzsuz araxis yemək ürək xəstəliyi riskini azaldır.
Davamlı olaraq gün əraində 2 xörək qaşığı araxis yağı içmək osteoparoz xəstəliyinin əmələ glməsinin arşısını alır.
Hər gün az miqdar araxis yemək əhval ruhiyyənin yaxşılaşmaslna və stresin aradan qalxmasına səbəb olur.
Araxis yağına üyüdülmüş mixək qaıb ağrıyan dişə qoyduqda ağrı kəsilir.
Araxis yağına şəkər tozu qatıb uzun müddət qəbul eləmək yaddaşı möhkəmləndirir.
15 gün hər səhər 1 xörək qaşığı araxis yağını acqarına içmək lentvari qurdların məhv olmasına səbəb olur.
Araxis yağına bağayarpağı şirəsi qataraq dəriyə sürtdükdə çapıqlardan xilas olmaq mümkün olur.
Fiziki gücü artırmaq, yorğunluğu aradan qaldırmaq, qan dövranının yaxşılaşdırmaq üçün hər gün badam yağından itifadə edilməlidir.
Ehtiyyat tədbirləri  
Araxisdən və araxis yağından istifadə edərkən allergik reaksiyalarını diqqət mərkəzində saxlamaq lazımdır. Ekzema, qaşınma, ağız və dodaqlarda şişkinlik, dilin böyüməsi, baş hərlənmə, küylü nəsfəsvermə baş verdikdə araxis qəbulunu saxlamaq və həkimə müraciət etmək lazımdır. Bu əlamətlər araxisin sizdə allergiyaya səbəb olmasının əlamətləidir. Təzə araxis qalxanabənzər vəzin işini çətinləşdirir. Buna səbəb onun tərkibində zobtrogenlərin olmasıdır.


Etiketlər:  meyvəni yeməklə qanınızda olan xolesterindən xilas bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ