Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı

Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı

Tarix: 19 Avqust 2019 17:15

Bakı. Trend:

Avqustun 19-dan etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

KOBİA-dan Trend-ə verilən məlumata görə, daxili bazar araşdırmalarının əsas məqsədi KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər. Müraciət üçün nümunəvi ərizə forması və tələb olunan sənədlər barədə məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari). Əlavə məlumat üçün KOBİA-ya da müraciət etmək olar (012 404-04-01).

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsinə dair Qaydalar”a əsasən bu sahədə dəstək tədbirlərinin təşkili KOBİA-ya tərəfindən həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ