Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2021 13:48
Əllər və ayaqlar qəfildən keyiyirsə, bu, qanda xolesterinin səviyyəsinin çox olmasına işarət edə bilər. Sonuncu artdıqca isə ürək xəstəliklərinin yaranma riski də çoxalır.
Sonxeber.net bildirir ki, bu barədə Sputnik Azərbaycan yazır.
Məqalədə qeyd olunur ki, ətrafların keyiməsi və gücdən düşməsi xolesterinin yüksək səviyyəsinin birbaşa simptomları deyil. Yəni onların sözlərinə görə, ateroskleroz arteriyaların piy, xolesterin və digər maddələrlə tutulduğu zaman yaranır. Beyinə aparan damarların divarlarında çöküntü çoxalanda isə əl və ayaqlarda sanki iynə batırmış kimi hiss olur.
Qanda xolesterinin səviyyəsini öyrənmək yalnız qan analizi sayəsində mümkündür. Ancaq həkimlər deyirlər ki, qanda xolesterinin yüksək olmasına anlaşılmaz nitq, bir gözdə görmənin müvəqqəti itməsi və yaxud üz əzələlərinin problemləri də dəlalət edə bilər.
Mütəxəssislərin fikrincə, yüksək dərəcədə doymuş yağlar və trans yağlar ehtiva edən pəhrizlər bir çox xəstələrdə xolesterinin səviyyəsinə təsir edən amil olub.