Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüz iş istintaqın davam etdirilməsi üçün geri qaytarılıb - Baş Prokurorluq

Yüz iş istintaqın davam etdirilməsi üçün geri qaytarılıb - Baş Prokurorluq

Tarix: 20 Sentyabr 2021 12:44

Bu il 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar ictimailəşdirilir:

"Bu günün rəqəmi isə 100-dür.

Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

Milli.Az


Etiketlər:  Yüz istintaqın davam etdirilməsi üçün geri qaytarılıb Baş Prokurorluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ