Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-la İsrail arasında gizli görüş: B planı gündəmdə

ABŞ-la İsrail arasında gizli görüş:  B planı gündəmdə

Tarix: 23 Sentyabr 2021 10:30

ABŞ-la İsrail arasında İranın nüvə danışıqlarına dair gizli görüş keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vala Nyus" nəşri məlumat yayıb.

Qeyd olunub ki, İranla aparılan nüvə danışıqları uğursuz olarsa, sözügedən ölkələr "B planı"nı işə salacaq. Əgər danışıqlar uğursuz olarsa, İrana qarşı əlavə sanksiyaların tətbiqi nəzərdə tutulub.

Görüşün ötən həftə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla israilli həmkarı Eyal Hulata arasında baş tutduğu vurğulanıb.

Milli.Az


Etiketlər:  ABŞ la İsrail arasında gizli görüş B planı gündəmdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ