Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı

Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı

Tarix: 23 Sentyabr 2021 18:30

Bir neçə aydır axtarışda olan Zəngəzur vilayətinin qubernatorunun oğlu könüllü şəkildə polisə təslim olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Shamshyan" yayıb. Bildirilir ki, vilayətin qubernatoru Melikset Poqosyanın 33 yaşlı oğlu Karen Poqosyan cari ilin iyul ayının 21-dən Gorus polisi tərəfindən axtarışda idi. Belə ki, Karen Poqosyan adam öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda təqsirli bilinir. Hazırda K.Poqosyan Ermənistanın Ədliyyə Nazirliyinin "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülüb.


Etiketlər:  Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ