Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Tarix: 20 Avqust 2019 17:44

Bakı. Samir Əli - Trend:

Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib: "Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib".


Etiketlər:  İcra Hakimiyyəti Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib


RƏYLƏR