Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Honduras millisinin hücumçusu rəsmən "Sabah"da

Honduras millisinin hücumçusu rəsmən

Tarix: 20 Avqust 2019 19:04

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsillçisi Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. 29 yaşlı hücumçunun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub.

Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

 


Etiketlər:  Honduras millisinin hücumçusu rəsmən Sabahda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ