Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 21:27
Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya - yüksək təzyiq xəstəliyi qazanmaq olur.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim kardioloq uzun müddət veteranlar və təqaüdçülər üzərində apardığı müşahidələrə əsasən təzyiq xəstələrinin illərlə nə yediyini araşdırıb.
Həkim bildirib ki, qidasında ucuz sosis, kolbasa, pelmeni, mantı, xəmir yeməkləri, perojki, duzlu qidalar, yarımfabrikatlar, bulka, şirniyyat olan insanlar təzyiq və diabet xəstəliyi qazanır. Onların qarın, bel hissəsində daxili piylənmə olur.
Balıq, dəniz məhsulları yeyənlər, gündəlik yarım pors ət və bir pay tərəvəzli qidalar yeyənlər daha gec təzyiqlə üzləşir.