Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO)

Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO)

Tarix: 21 Avqust 2019 20:24

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Kompleksinin 11 c və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

İdarədən Trend-ə verilən məlumata görə, 11 c sinfini bitirən 23 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan 3 nəfəri 600-dən yuxarı, 8 nəfəri 500-600, 7 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Həmçinin, məzunlardan 3-ü Türkiyə, 1-i Rusiya, 1-i isə Amerikada təhsil almaq hüququ qazanıb.

Məktəb-Lisey-Kompleksinin 11 b sinfini bitirən 24 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 19 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Bundan başqa, 2 məzun Türkiyədə, 1-i isə Rusiyada təhsillərini davam etdirmək imkanı qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO) Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO) Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO) Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO) Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO) Bakıda iki sinfin bütün məzunları ali məktəbə qəbul olub (FOTO)


Etiketlər:  Bakıda sinfin bütün məzunları məktəbə qəbul olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ