Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lukoil'' ''Petronas''ın ''Şahdəniz'' layihəsindəki payını alır

''Lukoil'' ''Petronas''ın ''Şahdəniz'' layihəsindəki payını alır

Tarix: 7 Oktyabr 2021 22:04

"Lukoil" Açıq Səhmdar Cəmiyyəti "Petronas" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" layihəsindəki 15,5 faizlik payını alır.

Bu barədə ASC-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, iki şirkət arasında müqavilənin dəyəri 2,25 milyard ABŞ dolları təşkil edəcək. Müqavilənin SOCAR-la razılaşdırıldıqdan və bütün şərtlərin yerinə yetirilməsindən sonra imzalanacağı gözlənilir.

Müqavilə imzalandıqdan sonra "Lukoil"in "Şahdəniz" layihəsindəki payı 10 faizdən 25,5 faizədək artacaq.


Etiketlər:  Lukoil Petronasın Şahdəniz layihəsindəki payını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ