Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 22:34
Türkiyənin müxalifətdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş lideri Səlahəddin Dəmirtaşın xanımı Başak Dəmirtaş prezident seçkisində iştirak etməyə hazırlaşır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə "Hüriyyət" qəzetinin köşə yazarı Ahmet Hakan çıxış edib.
"HDP-dən prezidentliyə mümkün namizəd Başak Dəmirtaşdır", - köşə yazarı qeyd edib.
O, Başak Demirtaşın müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlı T24 telekanalına qonaq qismində çağrılmasının təsadüfi olmadığını deyib: "Başak Dəmirtaş məşhur müxalifət kanalında qonaq olaraq dəvət edildi. Nə baş verir?"
Ahmet Hakanın Başak Dəmirtaşla bağlı irəli sürdüyü iddia müzakirə mövzusuna çevrilib.
Türkiyədə prezident seçkisi 2023-cü ildə keçiriləcək.