Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 19:18
Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi davam edir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Emina alimetin ödənilməsinin ləğvini istəyən ifaçı barədə yeni iddialar irəli sürüb.
O bildirib ki, Mustafa evli olduqları müddət ərzində aldığı bütün daşınmaz əmlakı anasının adına keçirib.
Emina məhkəməyə müraciət ərizəsində Mustafanın atalıq vəzifəsindən də geri çəkilmək istədiyini vurğulayıb:
"Mustafa bu iddianı qaldıraraq atalıq vəzifəsindən də boşana biləcəyini düşünür. O evli olarkən aldığı bütün daşınmaz əmlakı anası Tülin İlerin adına qeydiyyatdan keçirib. Mustafa Türkiyə standartlarından xeyli yüksək gəlir əldə edib və sərvət yığıb".
Qeyd edək ki, 2018-ci ildə 10 illik evliliyini sonlandıran M.Sandal və hər ay ödəməli olduğu 15 min lirə təzminatı 2 aydır ödəmir.