Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 18:12
Bakı şəhər sakini Aysel Əsgərova vaksinlə bağlı əks göstəriş sertifikatı ala bilmir.
Deyir ki, onun səhhəti vaksin vurdurmağa imkan vermir və bu səbəbdən də əks göstəriş sertifikatı almalıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Aysel Əsgərova bildirir ki, əks-göstəriş sertifikatı olmadığı üçün bir çox xidmətlərdən yararlana bilmir.
Vətəndaşın qarşılaşdığı problem ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, əks-göstəriş sertifikatının verilməsi ilə bağlı əsassız müraciətlərin çox olması və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması tibb müəssisələrində gecikmələrə səbəb olur. İşin təkmilləşdirilməsi ilə bağlı elektron proqram tətbiq olunub ki, bu da problemin aradan qaldırılmasına yardımçı olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: