Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 12:00
Bakı. Trend:
Avropa İttifaqı ilə “Azərbaycan Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi” birgə tvinninq layihəsi işə salındıqdan bəri 52 sublayihədən 23-ü reallaşdırılıb.
Trend-in məlumatına görə, bunu Polşanın Ali audit orqanının sədr müavini Voytsex Kutila Bakıda konfrans zamanı deyib.
O bildirib ki, layinə 2017-ci ilin noyabrından icra olunur:
“Layihənin əsas məqsədi Hesablama Palatasının mandatının icra olunması üçün imkanların yaxşılaşdırılması, eləcə də Azərbaycanın maliyyə sahəsində şəffaflığın təmin olunmasına kömək etməkdir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin