Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 23:36
"Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz. Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil".
Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.
Onun sözlərinə görə, körpələrə peyvəndlər mütləq vurulmalıdır: "Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayilər səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın".