Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 13:33
Təzə dəmlənmiş bir fincan qəhvə günə başlamaq üçün mükəmməl vasitədir. Ancaq qəhvənin möcüzəsi bununla bitmir. Kosmetik vasitələrin tərkibində yer alan kofein həm də dərini canlandırır.
Sonxeber.net Axşam.az-a istinadən qəhvə ilə parlaq saçlara, canlı dəriyə və dolğun dodaqlara sahib ola biləcəyiniz bir neçə sadə resepti təqdim edir.
1. Üzə qulluq
Qəhvə ilə ölü hüceyrələri dəridən arındıra bilərsiniz. Bu, kollagen istehsalını stimullaşdıraraq, iltihabı aradan qaldıracaq. Qəhvə maskasından sonra boyun, üz dərisinin yumşaq, təmiz və hamar olacağını görəcəksiniz.
Tərkibi:
1 fincan qəhvə (150 q)
1 fincan qəhvəyi şəkər (200 q)
3 xörək qaşığı zeytun yağı (48 q)
2 xörək qaşığı bal (50 q)
Hazırlanma qaydası:
Bir qaba əlavə edib qarışdırın. Maska çox qatı olmamalıdır.
Üzünüzə və boynunuza masaj edərək bir qat çəkin. Quruyanadək gözləyin. İsti su ilə yuyun. Məhlulu soyuducuda saxlaya bilərsiniz. Həftədə bir dəfə bu maskadan istifadə edərək dərinizin qeydinə qalın.
2. Dodaq baxımı
Bol su içmək, gündəlik dodaq balzamından istifadə və quru dərini soymaqla yanaşı qəhvə ilə dodaqlarınızın qeydinə qala bilərsiniz.
Tərkibi:
1 çay qaşığı üyüdülmüş qəhvə
2 çay qaşığı zeytun yağı (və ya seçdiyiniz hər hansı digər yağ)
Hazırlanma qaydası:
Bərk məhlul əldə edənə qədər qarışdırın. Skrabı dodaqlarınıza çəkin və fırça ilə dairəvi hərəkətlərlə yumşaq bir şəkildə barmağınızla masaj edin. Həftədə ən az 3 dəfə istifadə edin. Su ilə yuyun və sonra nəmləndirici balzam çəkin.
3. Saçlara qulluq
Qəhvə saç və baş dərisi baxımında da istifadə oluna bilər. Qan dövranını stimullaşdırır, ölü dəri hüceyrələrini çıxararaq saç tökülməsinin qarşısını alır. Saçları gücləndirir, təbii rəngini bir qədər qaraldır və xoş ətir verir. Uzun və sağlam saçlar xəyal edirsinizsə, bu qarışımdan istifadə edə bilərsiniz.
Tərkibi:
Şampun
5 yemək qaşığı qəhvə
1 stəkan su
Hazırlanma qaydası:
Tərkibi ən neytral (sadə) şampundan istifadə edin. Suyu qaynatmadan bir az isidin. Qəhvəni suya əlavə edərək qarışdırın. Məhlulu şampun şüşəsinə tökün və yaxşı silkələyin. İstifadədən əvvəl şampunu 2 saat saxlayın.
Adi qaydada olduğu kimi dairəvi hərəkətlərlə baş dərisinə masaj edərək saçlarınıza vurun. Məhsulu 5 dəqiqə saxlayın və yaxşıca yuyun. Həftədə 2 və ya 3 dəfə istifadə edə bilərsiniz.
4. Göz torbalarından qurtulun
Göz altı torbalarından xilas olmaq üçün də qəhvə mükəmməl vasitədir.
Tərkibi:
1/4 fincan şəkərsiz qatılaşdırılmış qara qəhvə
2 ədəd kartof dilimi
Hazırlanma qaydası:
Kartof dilimlərini soyuq qara qəhvəyə batırın. Dilimləri qəhvədə 2 dəqiqə saxlayın və süzün. Daha sonra gözlərinizin üzərinə qoyun və 20 dəqiqə gözləyin.