Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nefroptoz - böyrəyin sallanması

Nefroptoz - böyrəyin sallanması

Tarix: 30 Oktyabr 2021 08:36

Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm olmaqla yerini dəyişir.

Bu normal fizioloji prosesdir. Lakin bəzən böyrək 10 sm kimi aşağı enir, hətta kiçik çanağa düşür, bəzən isə burulur. Böyrəyin belə həddən artıq hərəkətliliyi "nefroptoz" adlandırılır.

Nefroptoz təhlükəli pozulmadır. Nefroptoz zamanı böyrəyin normal fəaliyyəti pozulur. Nəticədə bu böyrəkdə iltihab inkişaf edə bilər, daşlar əmələ gələ bilər. Bundan əlavə böyrəklərin normal fəaliyyətinin pozulması nəticəsində insanda arterial hipertenziya (arterial təzyiqinin patoloji yüksəlməsi) inkişaf edə bilər.

Əksər hallarda nefroptoz qadınlarda inkişaf edir. Bunun səbəbləri arasında:

- qadın fiziologiyası (qadınların çanağı daha enlidir);

- hamiləlik və doğuşlardan sonra qarın boşluğunun divarının zəifləməsi.

Sağ böyrək sol böyrəklə müqayisədə bir qədər aşağıda yerləşir və onun bağları daha zəifdir. Bu səbəbdən sağ böyrək nefroptoza daha meyillidir.

Nefroptozun səbəbləri:

- kəskin arıqlama (bu zaman böyrəklərin ətrafında olan piy qatı nazilir və böyrəyin hərəkətliliyi artır);

- ağır fiziki iş;

- qarın boşluğu divarının əzələlərinin zəifləməsi (adətən qadınlarda hamiləlik və doğuşdan sonra);

- travmalar, infeksion xəstəliklər.

Nefroptozun əlamətləri (xəstəliyin mərhələsindən asılıdır):

- bel hahiyəsində olan küt ağrılar (fiziki gərginlik zamanı, güclü öskürək zamanı artır, uzandıqda və dincəldikdə azalır). Xəstəliyin 3-cü mərhələsində ağrıalar daimi olur, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur.

- artrerial təzyiqinin artması;

- ümumi zəiflik, arıqlama, iştahanın pozulması (gecikmiş mərhələrdə);

- bağırsaqların fəaliyyətinin pozulması (gecikmiş mərhələrdə);

- bəzən depressiya, nevrasteniya (gecikmiş mərhələrdə),

- sidikdə qan (fiziki gərginlikdən sonra əmələ gəlir).

Nefroptozun müayinəsi və müalicəsi ilə uroloq və ya nefroloq məşğul olur.

Nefroptoza şübhə yarandıqda həkim xəstəyə böyrəklərin USM-ini (ayaq üstə), qan və sidiyin analizlərini təyin edir.

Xəstəliyin ilkin mərhələlərində xəstəlik konservativ üsullarla (cərrahi əməliyyatsız) müalicə olunur. Xəstəyə xüsusi bandajın taxılması, müalicəvi bədən tərbiyyəsi təyin edilir. Üzgüçülük da çox yaxşı kömək edir.

Xəstəliyin daha gecikmiş mərhələlərində adətən cərrahi müalicə tətbiq olunur. Böyrək öz qanuni yerinə qaytarılır və burada bərkidilir.

Milli.Az


Etiketlər:  Nefroptoz böyrəyin sallanması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ