Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 14:08
Hazırda Rustavi şəhərində həbsxanada olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin atası Nikoloz oğluna aclığı dayandırması üçün müraciət edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Nikoloz Saakaşvili Feysbuk səhifəsində yazıb.
"Mişa, sənin 30 günlük misli görünməmiş etirazın seçkilərin səfərbər olunmasına gətirib çıxardı və bu da nəticəyə müsbət təsir etdi. Etirazın bu formasını dayandırmağın və güc toplamağın zamanıdır. Xalqa dəstək lazımdır", - siyasətçinin atası bildirib.