Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür

Tarix: 1 Noyabr 2021 21:06

Beynəlxalq Veqan Günü 1994-cü il noyabrın 1-də, Veqan Cəmiyyətinin 50-ci ildönümü münasibətilə Londonda təsis olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və "vegetarian" ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib. Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş "Veqan" Cəmiyyətində istifadə olunmağa başlanılıb.

Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanlar yalnız və yalnız bitki mənşəli, yəni tərkibində heyvan mənşəli komponentləri tamamilə istisna edən məhsullarla qidalanırlar. Onlar təkcə ət və balıq məhsullarından deyil, həm də heyvan mənşəli hər bir məhsuldan, o cümlədən yumurta, süd və baldan imtina edirlər. Veqanlar dəri, xəz, yun və ipək paltarlardan, habelə heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan da istifadə etmirlər.

Həmin qidalardan imtina edilməsi ən müxtəlif səbəblərlə izah oluna bilər, lakin əsas səbəb veqanların heyvanların öldürülməsi və onlarla amansız rəftar edilməsi kimi hallardan uzaq olmaq istəyidir.


Etiketlər:  Noyabrın Beynəlxalq Veqan Günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ