Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 22:36
Bəzən qeyri-həkimlərin manual terapiya ilə məşğul olduqlarını görürük. Lakin nəzərə almaq laızmdır ki, hər bir insanın edə biləcəyi və edə bilməyəcəyi hərəkətlər var.
Sonxeber.net xəbər verir ki, bunu Respublika Diaqnostika Mərkəzinin həkimi Ahmet Memiş "Funksional-Topoqrafik Beyin-Damar Radiolojik Anatomiyası: patoloji korrelyasiya" mövzusunda çıxışı zamanı deyib. O, insanların özünün boynunu şaqqıldatmasının da mənfi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb.
Həkimin sözlərinə görə, bütün hərəkətlər fizioloji səviyyə çərçivəsində edilməlidir. Bir insanın fizioloji olaraq edə biləcəyi hərəkətlərin xaricində, hansısa uşağa tətbiq olunan hərəkətlərlə, 70 yaşındakı insana edilən hərəkətlər arasında çox böyük fərqlər var:
"Uşaqların etdiyi gimnastik hərəkətləri yaşlı bir insan edərsə, o, iflic ola bilər. Həmçinin manual terapiya zamanı edilən sərt hərəkətlər vaskulyar zədələnmələrə səbə ola bilər". /medicina.az