Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 20:18
Respublikaçılar partiyasından olan senator Rik Skott Co Baydenin prezidentliyini ABŞ üçün fəlakət adlandırıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, "vəzifədə olduğu cəmi doqquz ay ərzində o, amerikalı ailələrə həqiqi xidmət göstərmək əvəzinə radikal sosialist siyasətini həyata keçirərək, Amerikanı təhlükəli dərəcədə aşağı göstəricilərə çatdırıb" deyə Skott vurğulayıb.
O, əlavə edib ki, ümumi daxili məhsul üçüncü rübdə Bayden dövründə artan inflyasiya və tədarük zənciri böhranları fonunda azalıb.
Onun fikrincə, Baydenin yanlış qərarları "demək olar ki, hər şeyin" qiymətlərinin artmasına səbəb olub.
"Co Baydenin dövründə amerikalılar artıq dolana bilmirlər. ABŞ-ın tam iqtisadi çöküşünə gəlməmişdən əvvəl prezidentin oyanıb qulaq asmasının vaxtıdır", - senator deyib.