Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur professordan sağlamlıq və gözləllik resepti

Məşhur professordan sağlamlıq və gözləllik resepti

Tarix: 7 Noyabr 2021 07:03

Bolqarıstan əsilli həkim, genetik, professor Xristo Mermerski bütün dünyada tanınır.

Alim uzun illər ərzində sağlam qidalanma, qocalmanın ləngiməsi, müxtəlif xəstəliklərdən və o cümlədən ürək xəstəlikləri və xərçəngdən qorunma üsulları və s. bu kimi problemlərlə məşğul olur.

Mermerski çoxsaylı kitabların müəllifidir. Professor öz kitablarında təbii vasitələrin köməyi ilə sağlamlığın qorunması üsullarını göstərir.

Milli.Az saglamolun.az-a istinadən Mermerskinin ən tanınmış reseptlərdən birini təqdim edir. Bu qarışığın bir çox möcüzəvi faydaları vardir:

- damarları təmizləyir və möhkəmləndirir

- immuniteti stimullaşdırır

- ürəyin sağlamlığını qoruyur

- böyrək və qaraciyərin sağlamlığına müsbət təsir edir

- beyinin qan dövarını və fəaliyyətini yaxşılaşdırır

- yaddaşı möhkəmləndirir

- insult və infarktın riskini azaldır

- arıqladır

- dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır

- xərçənqdən qoruyur

- güc və gümrahlıq verir.

Mermerski qarışığının resepti

- yarım kq duru bal

- 7-8 limon

- 200 qr cücərdilmiş buğda

- 200 qr qoz

- 6 kiçik baş təzə sarımsaq

Hazırlanması:

1. Buğdanı yastı şüşə qaba tökün, üzərinə çıxana qədər ilıq su tökün, 10-12 saat saxlayın. Sonra suyu süzün, buğdanı təmiz su ilə yaxşı yuyun, yenə şüşə qaba tökün, 24 saat saxlayın. 24 saatdan sonra 1-2 mm uzunluqda cücərtilər çıxacaq. Buğda hazırdıq.

2. Buğda, təmizlənmiş qoz və sarımsağı, qabıqlı limonları blenderdən keçirin, üzərinə bal tökün, yaxşı qarışdırın.

3. Qarışığı bankaya yığın, soyuducuda 3 gün saxlayın. Qarışıq hazırdır.

Bu qarışıqdan gündə 4 dəfə hər yeməkdən əvvəl və axşam yuxusundan əvvəl 1 x.q. olmaqla qəbul edin.

Milli.Az


Etiketlər:  Məşhur professordan sağlamlıq gözləllik resepti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ