Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 23:40
Əməllərin Allah yanında dəyəri və onlara görə veriləcək savablar əlbəttə ki, fərqlidir. Hətta iki eyni yaxşı əməli etmiş insanın mükafatları da fərqli ola bilər. Bunun müxtəlif səbəblərinin olması mümkündür.
Məsələn, ola bilər ki, bir şəxs tam səmimi niyyətlə bir yaxşı əməli edir, o birisi isə riyakarlığa yol verir, məqsədi özünü göstərməkdir. Əlbəttə ki, Allah birinci şəxsə savab verəcək, ikinciyə isə yox. Ola bilər ki, bir yaxşı əməl müəyyən şəxs üçün böyük fədakarlıq sayılsın, başqası üçün isə yox. Məsələn, xeyriyyə layihəsi üçün bir fəhlənin 25 manat ianə verməsi, onun qazancını və büdcəsini nəzərə almaqla böyük fədakarlıqdır. Amma bir biznesmenin 25 manat yardım etməsi bundan daha az dəyərli sayılır və Allah yanında daha az qiymətə layiqdir. Savab işin vaxtında edilib-edilməməsi də rol oynaya bilər. Ehtiyac anında edilmiş yardım, əlbəttə ki, ehtiyac aradan qalxdıqdan sonra edilən yardımdan daha dəyərlidir.