Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bitcoin''in dəyəri üçhəftəlik maksimuma yaxınlaşıb

''Bitcoin''in dəyəri üçhəftəlik maksimuma yaxınlaşıb

Tarix: 8 Noyabr 2021 12:24

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri bu gün 4% artaraq 66 170 ABŞ dollarına çataraq, demək olar, üçhəftəlik maksimumu yeniləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, artımın əsas səbəbi kimi, investorların ABŞ-ın "Bitcoin" fyuçerslərinin ticarət olunduğu birjasının ötən ay açılmasını dəstəkləmələri və inflyasiyanı hecləşdirən (hedc - arzu olunmaz qiymət dəyişikliyindən qorunmaq üçün edilən investisiya) müəyyən növ aktivlərə yönəlməsi göstərilir.

"IG Markets"in analitiki Kayl Rodda bildirir ki, treyderlərin inflyasiyaya hazırlaşdığı üçün real gəlirlərin azalması, qızıl və kriptovalyutalar kimi aktivlərin cəlbediciliyini artırır və əlavə edib ki, hazırda sektorda əhval-ruhiyyə yaxşıdır.

"Maliyyə institutları bu prosesin bir hissəsi olmaq istəyir, requlyatorlar da bu prosesi çox sıxışdırmaq istəmir. Biz artıq əsas nöqtəni keçmişik, hansındaki bu artıq systemin bir parçasıdır və geriyə yol yoxdur", K. Rodda qeyd edib.

Xatırladaq ki, "Bitcoin"in dəyəri oktyabrın 20-də tarixi maksimuma - 67 016,5 dollara çatıb.


Etiketlər:  Bitcoinin dəyəri üçhəftəlik maksimuma yaxınlaşıb


RƏYLƏR