Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 20:35
Məşhur aktrisa Nataliya Oreyro Rusiya vətəndaşlığı alıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Vəhşi mələk" serialı ilə tanınan sənətçi noyabrın 10-da Rusiyanın Buenos-Ayresdəki səfirliyində baş tutan mərasimdə and içib. Sənədi ona Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov təqdim edib. O, bundan şərəf hissi duyduğunu açıqlayaraq pasportla foto çəkdirib.
O, andın mətnini rus dilində oxuyub:
"Mən, Oreiro İqlesias Natalia Marisa, könüllü və şüurlu surətdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edirəm. Rusiyaya sadiq olmağa, onun mədəniyyətinə, tarixinə və ənənələrinə hörmətlə yanaşmağa and içirəm".