Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 21:06
Türkiyəli Prof.Dr Özgür Enyurd vaksin olunanların COVID-19-u simptomsuz keçirdiyini açıqlayıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert vaksin olunan insanları qaydalara daha ehtiyatlı davranmağa səsləyib.
"Peyvənd olunan insanlar maska taxmırlar. Vaksin infeksiyadan 100 faiz qorumur. Unutmayın ki, vaksin olunan insanlar da virus daşıyıcısı hesab olunur. Bir çox hallarda xəstəliyi heç bir simptom olmadan keçirirlər. Odur ki, virus daha asanlıqla yayılır. Pandemiya bitmədiyi müddətdə maska və sosial məsafə qaydalarına riayət etməliyik. Vətəndaşlar üzərinə düşən öhdəlikləri unutmasınlar".
Həkim əlavə edib ki, tam vaksin olunan insanlar arasında ağırlaşma hallarına demək olar ki, rast gəlinmir: "Ölümlər də olmur. Testin cavabları digər vaksinlərdə olduğu kimi pozitiv ola bilər. Vaksinasiyanın əsas hədəfi xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaqdır". (publika.az)