Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar ilə Zakir Həsənov sərhəddəki vəziyyəti müzakirə etdilər

Hulusi Akar ilə Zakir Həsənov sərhəddəki vəziyyəti müzakirə etdilər

Tarix: 16 Noyabr 2021 20:36

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Hulusi Akar ilə Zakir Həsənov sərhəddəki vəziyyəti müzakirə etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ