Tarix: 26 Avqust 2019 16:36
Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması itki ilə üzləşib.
Qol.az xəbər verir ki, Andrey Kramariç zədələnib. "Hoffenhaym"ın hücumçusu sağ dizindən zədə alıb. Klubun rəsmi Tvitter səhifəsi futbolçunun yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb.
Bu isə o deməkdir ki, 28 yaşlı forvard sentyabrın 9-da Bakıda millimizlə keçiriləcək görüşü buraxacaq.