Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 15:10
"Bunlar acınacaqlı, xoşagəlməyən hadisələrdir". Reklamı sevən insanlar olaraq "zerkalnı", qoşa nömrəli və yaxud eyni hərfli maşın, telefon nömrələrini çox sevirik. Bəzi imkansız insanlar da var ki, kredit götürüb bu cür nömrələrə sahib olmaq istəyirlər. Bəs görəsən bu "zerkalnı" sevdamız nədən qaynaqlanır?
Sonxeber.net xəbər verir Moderator.az-a danışan Əməkdar artist Tahir İmanov bunun qaçılmaz olan bir gerçək olduğunu bildirib:
"Tövsiyə edir, məsləhət görərdim ki, insanlarımız kreditlərə baş qoşmasınlar. Çünki orada yaxşılıqdan başqa nə istəsən var. Bunların hamısı boş şeylərdir. Belə şeylərə önəm verib, qısa həyatınızı zəhər etməyin.
"Zerkalnı" nömrələr və bu kimi dəb xəstəlikləri boş şeylərdir. Əsas məsələlər qalıb ortalıqda, bunlar nə axtarırlar. Biz əslində öz səhhətimizə baxmırıq. İlk növbədə özümüzə, əzizlərimizə, doğmalarımıza baxmalıyıq, amma...
Belə şeylərin arxasınca düşməkdənsə, kitab oxusalar daha çox faydalanardılar, nəinki belə nömrələrə zaman ayırmaq. Bizdə elə müğənnilər var ki, kirayədə qalır, amma camaat onun haqqında yaxşı düşünsün, digər müğənnilərlə rəqabətdədir deyə kreditə bahalı maşın götürürlər. Bunlar acınacaqlı, xoşagəlməyən hadisələrdir. Bahalı telefon fərdi keyfiyyətin göstəricisi deyil".