Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soçi, yoxsa Brüssel? - Paşinyan üçün çəmbər daralır

Soçi, yoxsa Brüssel? - Paşinyan üçün çəmbər daralır

Tarix: 26 Noyabr 2021 09:09

"İndiki məqamda düşünürəm ki, Soçi görüşündə sadəcə delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi məsələləri müzakirə olunacaq və bununla bağlı yekun bir bəyanat elan ediləcək".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, bu görüşlərin hələ ki hər hansı bir ciddi müqavilə ilə nəticələnəcəyini düşünmürəm:

"Böyük ehtimal, bu bəyanatla bağlı müəyyən fikir ayrılıqları var idi. Məhz Paşinyanın noyabr görüşlərindən imtina etməsi də yekun bəyanatla bağlı olan narazılıq idi. Eyni şəkildə Azərbaycan tərəfinin də yəqin ki, öz əlavələri, düzəlişləri və narazılıqları olacaq. Hazırda Soçi görüşündən xüsusi bir sülh sazişi gözləməyə dəyməz. Ancaq ümumi bir istiqamət müəyyən oluna bilər. 

Brüssel görüşü də eyni şəkildə, yəqin ki, sadəcə bir ümumi bəyanatla yekunlaşacaq. Tərəflər bir-birinin problemlərini, təkliflərini dinləyəcəklər. Tərəflərin mövqeləri daha açıq aydın olacaq, müəyyənləşəcək. Amma indiki halda iki tərəf arasında hər hansı bir razılığın daha da genişləndirilərək hər hansı bir sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki tərəflər arasında çox böyük fikir ayrılıqları var. Hətta Nikol Paşinyanın noyabrın 9-dakı görüşdən imtina etməsi və bəyanatla bağlı bu qədər fikir ayrılığının olması onu göstərir ki, sülh müqaviləsi ilə bağlı hər hansı bir addımda da fikir ayrılığı mövcud olacaq. Ona görə də sözün açığı, bu görüşlərin hələ ki hər hansı bir ciddi müqavilə ilə nəticələnəcəyini düşünmürəm".

Təhməz Əsədov


Etiketlər:  Soçi yoxsa Brüssel Paşinyan üçün çəmbər daralır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ