Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus ölü doğuşa səbəb ola bilər

Koronavirus ölü doğuşa səbəb ola bilər

Tarix: 28 Noyabr 2021 14:15

Koronavirus infeksiyası hamilə qadınlarda ölü doğuşa səbəb ola bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) portalında dərc olunmuş araşdırmada deyilir.

Elm adamları 2020-ci ilin martından 2021-ci ilin sentyabrına qədər doğuşda olan 1,2 milyondan çox qadının məlumatlarını təhlil ediblər.

Mütəxəssislərin fikrincə, hamilə qadında koronavirusla hipoperfuziya və plasentanın iltihabı baş verə bilər. Həkimlər bildiriblər ki, koronavirus ölü uşaq dünyaya gətirmə riskini 0,98%-ə, mutasiyaya uğramış delta variantı isə 2,7%-ə çatdırıb.


Etiketlər:  Koronavirus ölü doğuşa səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ