Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqa klubu türkiyəli məşqçiyə tapşırılıb

Bundesliqa klubu türkiyəli məşqçiyə tapşırılıb

Tarix: 29 Noyabr 2021 16:50

Almaniya klubu "Herta"nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi komandanı türkiyəli Tayfun Korkuta həvalə edib.

Uğursuz çıxışın ardından Pal Dardai və köməkçiləri ilə yollarını ayıran Berlin klubu 47 yaşlı çalışdırıcı ilə mövsümün sonuna qədər müqavilə imzalandığını bəyan edib. Onun köməkçisi isə xorvatiyalı İlya Araçiç təyin olunub.

Qeyd edək ki, Tayfun Korkut məşqçi karyerasında Almaniyada "Hannover", "Kayzerslautern", "Bayer" və "Ştutqart"da işləyib. "Herta" isə 13 turda topladığı 14 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

Milli.Az


Etiketlər:  Bundesliqa klubu türkiyəli məşqçiyə tapşırılıb


RƏYLƏR