Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Limfa düyünləri böyüyübsə, həkimə müraciət edin. Bu xərçəng ola bilər!

Limfa düyünləri böyüyübsə, həkimə müraciət edin. Bu xərçəng ola bilər!

Tarix: 30 Noyabr 2021 07:03

Xockin limfoması limfa sistemi xərçəngidir. Bu xəstəlik istənilən yaş qrupunda inkişaf edə bilər.

Müşahidələrə görə, kişilərda qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez təsadüf edilir.

Əvvəllər bu xəstəlik müalicə olunmurdu. Hal hazırda isə vaxtında aşkar olunmuş Xockin limfoması çox uğurla müalicə olunur. Məhz bu səbəbdən limfa düyünlərinin böyüməsi zamanı (xüsusilə bu böyümə uzun müddət ərzində mövcuddursa), mütləq həkimə müraciət etmək lazımdir. Təbii ki, limfa düyünləri tək xərçəng xəstəliyi zamanı deyil, digər daha az təhlükəli xəstəliklər zamanı böyüyə bilər. Lakin hər halda həkimin müayinəsi zəruridir.

Xəstəliyin ilk simptomu limfa düyünlərinin böyüməsidir. Əksər hallarda boyun limfa düyünləri böyüyür, bəzən daxili limfa düyünləri böyüyə bilər.

Əvvəllər düyünlər hərəkətli, elastik, ağrısız olur. Xəstəlik inkişaf etdikcə hərarətin "səbəbsiz" artması, güclü tərləmə (xüsusilə gecə saatlarında), bədən çəkisinin azalması, anemiya kimi simptomlar inkişaf edir. Böyümüş limfa düyünləri biri biri ilə birləşir, ağrılı olur (xüsusilə spirtli içkilərin qəbulundan sonra).

Limfa düyünlərindən əlavə Xockin limfoması zamanı ağ ciyər, sümük toxuması, baş və onurğa beyini, böyrəklər, süd vəzi, yumurtalıqlar və s. zədələnir. Demək olar, bu xəstəlik orqanizmin istənilən toxumalarında pozulmalar yarada bilər. Bu limfa damarların və limfa düyünlərin orqanizmin hər yerində olması ilə izah olunur.

Xockin limfoması zamanı dəridə müxtəlif pozulmalar yarana bilər - qaşınma, allergik səpgilər və s. Qaşınma çox güclü ola bilər, hətta insanı yuxudan, iştahadan məhrum edə bilər.

Limfoma diaqnozu sitoloji (hüceyrə) müayinə zamanı qoyulur. Bunun üçün nazik iynə ilə böyümüş limfa düyünün mikroskopik hissəsi götürülür və mikroskop altında müayinə olunur. Əgər müayinə zamanı xüsusi çoxnüvəli Şternberq hüceyrələri (sinonimlər - Berezovskiy-Şternberq, Şternberq-Rid hüceyrələri) aşkar olunarsa, "limfoma" diaqnozu təsdiq olunmuş sayılır.

Bundan əlavə qanın ümumi, biokimyəvi analizi, ağ ciyərin, sümüklər rentgenoqrafiyası, kompüter tomoqrafiyası, limfa düyünlərin USM-i aparılır.

Limfomanın müalicəsi zamanı əsasən şüa terapiyası, bəzən kimyəvi terapiya ilə birlikdə istifadə olunur. Hal hazırda Xockin limfoması hətta gecikmiş mərhələlərdə uğurla müalicə olunur.

Milli.Az


Etiketlər:  Limfa düyünləri böyüyübsə həkimə müraciət edin Bu xərçəng ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ