Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın cinsiyət sistemi xərçəngi. 10 ilk əlamət

Qadın cinsiyət sistemi xərçəngi. 10 ilk əlamət

Tarix: 4 Dekabr 2021 08:42

Hər il bütün dünyada müxtəlif növ xərçəng xəstəliklərinə tutulan və bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Bu tendensiya Azərbaycanda da izlənilir.

Nəzərinizə çatdıraq ki, hal hazırda ilkin mərhələlərində aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi çox uğurla müalicə olunur, insanlar tam sağalır və daha sonra adi həyat sürürlər. Lakin əsas problem ondan ibarətdir ki, xərçəng çox hiyləgər xəstəlikdir və ilkin mərhələlərdə əksər  hallarda özünü çox cüzi simptomlarla büruzə verir. Lakin məlumatlı insan bu simptomları vaxtında görüb həkimə müraciət edə bilər.

Qadın cinsiyyət sistemi onkoloji xəstəliklərinə bütün dünyada kifayət qədər tez-tez təsadüf edilir. Qadınlar arasında uşaqlıq boynu xərçəngi ən tez-tez təsadüf edilən xərçəng növüdür.

Qadın cinsiyyət sistemi xərçənginə bu kimi əlamətlər işarə edə bilər:

1. Qarın nahiyəsində ağrılar. Belə ağrılar qadını daim narahat edir, göbəkdən aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ilə əlaqəsi olmur. Belə ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xərçənginin simptomu ola bilər.

2. Qarında köp. Əgər köp qadını tez-tez narahat edirsə, keçmirsə, bu yumurtalıqlar   xərçənginin simptomu ola bilər.

3. Bel nahiyəsində olan daim ağrılar da yumurtalıqlar xərçənginin simptomu ola bilər.

4. Qadın cinsiyyət sistemi xərçənginin ən xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması, menstruasiyalar arasında "səbəbsiz" qanaxmalar, cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanaxmalar uşaqlıq boynu və yumurtalıqlar xərçənginin əlaməti ola bilər.

5. Hərarətin daim səbəbsiz olaraq qalxması xərçəngin əlaməti ola bilər.

6. Qəbizliklə növbələşən ishal, köp qadın cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.

7. Bədən çəkisinin səbəbsiz olaraq azalması. Əgər qadın heç bir pəhriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay ərzində 3 kq və bundan artıq çəki itiribsə, bu ciddi simptom sayılır.

8. Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun rənginin dəyişilməsi, burada yaraların, qabarların və s. əmələ gəlməsi cinsiyət sistemi xərçənginin əlaməti ola bilər.

9. Qadının süd vəzilərində istənilən dəyişikliklər (dərinin rənginin dəyişilməsi, döşdə yenitörəmənin aşkar olunması, döş giləsinin formasının dəyişilməsi, gilələrdən ifrazatların olması - qanlı, irinli və s.) süd vəzi xərçənginin əlaməti ola bilər.

10. Xroniki səbəbsiz yorğunluq xərçəngin ən yayılmış simptomlarından biridir.


Etiketlər:  Qadın cinsiyət sistemi xərçəngi əlamət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ