Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetika naziri Şirvanda vətəndaşları qəbul edib (FOTO)

Energetika naziri Şirvanda vətəndaşları qəbul edib (FOTO)

Tarix: 29 Aprel 2019 16:06

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov aprelin 29-da Şirvan şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında vətəndaşları qəbul edib.

Trend-in məlumatına görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şirvan, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edib. Vətəndaşların müraciətləri elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik sayğacının quraşdırılması, qaz sayğacının sındırılması ilə əlaqədar yazılmış cərimənin silinməsi, təbii qazın illik istehlak limitinin artırılması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.

Ümumilikdə qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şirvanda təşkil olunmuş qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet saytında (http://www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Energetika naziri Şirvanda vətəndaşları qəbul edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ