Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

C vitamini kataraktadan qoruyur. Yeni araşdırma

C vitamini kataraktadan qoruyur. Yeni araşdırma

Tarix: 7 Dekabr 2021 06:03

İngiltərə alimləri 10 il ərzində kataraktadan əziyyət çəkən 324 cüt əkizlərə nəzarət ediblər.

Alimlər xəstələrin rasionlarını və xəstəliyin gedişatını analiz ediblər.

Araşdırmanın nəticəsində məlum olub olub ki, rasionda C vitamini ilə zəngin olan qidaların tez-tez olması kataraktanın inkişafı riskini 33% azaldır.

Sitrus meyvələri və s. C vitamini ilə zəngin olan məhsulları sevən insanlarda bu məhsulları tez-tez qəbul etməyən insanlarla müqayisədə göz bülluru daha şəffaf qalırdı.

MedicalXpress xəbər verir ki, alimlər bunu C vitaminin orqanizmə olan antioksidant təsiri ilə əlaqələndirirlər. Alimlər sübut edib ki, pəhriz və s. xarici faktorlar bu xəstəliyin inkişafında irsi faktordan daha böyük rol oynayır.

Alimlər sağlam, balanslaşdırılmış qidalanmanın insanın həm gözlərinin sağlamlığına, həm də ümumi sağlamlığa olan böyük təsirini vurğulayırlar.


Etiketlər:  vitamini kataraktadan qoruyur Yeni araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ