Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana südünün növbəti faydası aşkar olunub

Ana südünün növbəti faydası aşkar olunub

Tarix: 11 Dekabr 2021 09:00

Texas Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, ana südü ilə qidalandırılan körpələrdə süni süd alan körpələrlə müqayisədə qulaq xəstəliklərinə daha az rast gəlinir.

Ümumiyyətlə qulaqların infeksion xəstəliklərinə uşaqlar arasında tez-tez təsadüf edilir. Həkimlər sübut edir ki, həyatın ilk yarım ili ərzində otit (qulaq iltihabı) keçirmiş körpələrdə bu xəstəliyin təkrarlanması riski artmış olur. Ana südü isə körpəni otitin inkişafından qoruya bilər.

MedicalDaily xəbər verir ki, alimlər bunu ana südünün uşağın immun sisteminə müsbət təsiri ilə əlaqələndirir. Ana südünün tərkibində olan xüsusi immun komponentlər körpənin orqanizminin virus və infeksiyalara qarşı davamlılığını artırır.


Etiketlər:  südünün növbəti faydası aşkar olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ