Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 17:12
Ermənistan Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti həbs olunub.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistanın "Aysor" agentliyinin yaydığı xəbərə görə, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi kommunal əməliyyatlar üzrə hərbi hissənin rəis müavini, polkovnik-leytenant, həmin hərbi hissənin rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının arxa cəbhə idarəsinin rəisi və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.
Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.
Qeyd edək ki, onlara qarşı müxtəlif ittihamlar irəli sürülmüşdü. Ancaq barələrində həbs qətimkan tədbiri dekabrın 13-də seçilib.