Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 20:25
Türkiyənin "Best Model" yarışmasında iştirakçılara əxlaqsız təklif etdiyi iddia olunan Erkan Özerman növbəti qalmaqalla gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Erkanın səhnədə geyimləri təqdim edən modelləri təhqir etdiyi videogörüntü yayılıb.
"Qıza önünü açma dedim. Kürkdə sinə açılmaz. Axmaqlar, önünü bağla. Bu qız kimdir?" ifadələri onun açıq qalan mikrofonu səbəbindən salondakı digər bütün şəxslər tərəfindən eşidilib.
Qeyd edək ki, 83 yaşlı Erkanın bundan əvvəl "Best Model"də iştirakçıları otelə çağıraraq masaj etmələrini istədiyi iddia olunub.