Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 15:08
Beyləqan rayonu Kəbirli kəndində yerləşən bu ev Rabil Əsədova məxsusdur. O, Vətən müharibəsi iştirakçısıdır. Qardaşı Saleh Əsədov isə həmin müharibədə şəhid olub. Hazırda bu evdə yaşayanlar isə təhlükəli vəziyyətdə olduqlarını iddia edirlər. Səbəb isə evin müharibə günlərində düşmən tərəfindən atılan mərmilər nəticəsində ziyan çəkməsidir. Evin daxili divarlarındakı çatlar, daşlardan bəzilərinin yerindən çıxması bizim də diqqətimizdən yayınmadı.
Ailənin düşdüyü vəziyyətə Beyləqan rayon İcra Hakimiyyətinin başcısı aparatının ərazı idarəetmə və yerli özünü idarəetmə orqanları iş şöbəsinin müdiri İlqar Quluyev aydınlıq gətirdi.
Verilən vədə əməl olunacağına, Əsədovlar ailəsinin təmirli evdə yaşayacağına inanmaq istəyirik.
Sonxeber.net Real Tv-nin hazırladığı sujeti təqdim edir: