Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 08:03
Epsom duzu ən faydalı məhsullardan biridir. İngilis duzu kimi tanınan epsom duzu (maqnezium duzu) - bu maqneziumun hidratli sulfatlarıdır.
Mineral su mədənlərindən toplanan bu mineral bir sıra faydalı xüsusiyyətlərilə fərqlənir. İngilis duzu hələ çox qədim zamanlarda təbiblər tərəfindən sümük-oynaq ağrıları, əsəb və dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunub.
Publika.az bu yazıda oxucuları bu təbii məhsulun faydaları ilə tanış edib.
Epsom duzunun bir çox yaxşılaşdırıcı xüsusiyyəti var. İngilis duzu bədənin qidasıdır. Birinci növbədə maqnezium duzları əzələləri rahatlaşdırır, yorğunluğu aradan götürür, qan damarların işini yaxşılaşdıraraq ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.
İngilis duzu öz tərkibi sayəsində dərini uzun müddət yumşaq saxlayır. Onu skrab kimi həm tək, həm də duş gelinizə əlavə edib istifdə edə bilərsiniz. Bu daha təhlükəsizdir və dərinin zədələnmə şansı olmayacaq. Epsom duzu eyni zamanda duş gellərinin tərkibinə də qatılır və bir çox məqsədlərlə istifadə edilir.
Saçların yağlanmasını azaldır
Saçlarınız sürətlə yağlanırsa, epsom duzundən istifadə edin. Bunun üçün şampunun tərkibinə bir miqdar bu duzdan əlavə edib saçlarınızı onunla yuyun.
Ayaqlara baxım
Ayaqlarınızdan iy gəlirsə və bunun qarşısını almaqda çətinlik çəkirsinizsə, ayaqlarınızı epsom duzu ilə ovun. Epsom duzu ilə ayaq masajı oynaq ağrılarını və sancılarını da azaldır.
Bu mineral qida vasitəsilə çox çətinliklə orqanizmə daxil olduğu halda dəri ilə asanlıqla sovrulur. Odur ki, mütəxəssislər xəstəliklərin müalicəsi zamanı ingilis duzu tökülmüş vanna qəbul etməyi məsləhət görür. İngilis duzu ilə yanaşı vannaya efir yağlarından lavanda, rozmarin, nanə və portağal yağı qatmaq olar, bu, stressi atmağa, ayaqlardakı ağrı və yorğunluğu götürməyə kömək edəcək, lakin bunlarla eyni vaxtda vannaya köpük tökmək məsləhət görülmür.
Ağrıyan yerlərə epsom duzu
Baş ağrısı və sinusit tipli baş ağrılarından əziyyət çəkirsinizsə, ağrıyan hissələrə epsom duzu ilə ovun. Ancaq həssas dəri tipi olanlara bu üsul qətiyyən məsləhət görülmür.
Həzm proseslərini sürətləndirir
Həzm sistemi düzgün işləməyəndə bir sıra problemlər ortaya çıxır. Epsom duzunun tərkibindəki maqnezium sulfat həzm sisteminizin düzgün işləməsinə yardım edir. Suyun içinə bir miqdar bu duzdan əlavə edib için. O həzmi sürətləndirəcək.