Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur kriminal avtoritetin qatilləri GİZLƏDİLİR - SƏBƏB

Məşhur kriminal avtoritetin qatilləri GİZLƏDİLİR - SƏBƏB

Tarix: 20 Dekabr 2021 17:32

"Yaponçik" ləqəbli kriminal avtoritet Vyaçeslav İvankovun qatilləri cəzaçəkmə müəssisəsinə köçürülüb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onların yeri gizli saxlanılır.

Tanınmış rusiyalı kriminalist Mixail İqnatovun bildirdiyinə görə, buna səbəb onları kriminal avtoritetlərin cəzalarından qorumaqdır. Rusiyanın ən tanınmış "qanuni oğru"larından birinin qatillərinin təhlükəsizliyini qorumaq üçün onlar bir kamerada saxlanılır.

İqnatovun sözlərinə görə, "Yapionçik" kriminal aləmdə böyük fiqur idi. Onun ideyalarını daşıyan yüzlərlə adam var. Onların hər biri "xaç ata"larının qatillərini cəzalandırmağa hazırdırlar.

Kriminalistin dediyinə görə, "Yaponçik"in qətlinin sifarişçisi və hazırda axtarışda olan "Maxo" ləqəbli "qanuni oğru"nu da eyni aqibət gözləyir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Yaponçik" ləqəbli kriminal avtoritet Vyaçeslav İvankovun qatilləri Murtazi Şadaniya və Canbul Canaşiya barəsində çıxarılan hökm xəbərini vermişdik.


Etiketlər:  Məşhur kriminal avtoritetin qatilləri GİZLƏDİLİR SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ